Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün koronavirusdan vəfat edib.
BAKU.WS-in məlumatına görə, Gəncə modul tipli xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, o, xəstəxanaya sentyabrın 7-də ağır vəziyyətdə gətirilib.
“Hər iki ağciyərin 55-65 faiz buzlu şüşəsi diaqnozu ilə daxil olub. Aparılan müalicə tədbirlərin baxmayaraq, bu gün hər iki ağciyərin viral pnevmaniyası tromboemboliya diaqnozu ilə vəfat edib”, – açıqlamada deyilir.