Cümə, 27 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Ziyanı gəlirə çevirən biznes – Ekspert şərhi

TURAN
06/09/2021 12:16
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı çox maraqlı bir müəssisənin açılışı oldu. “Azmonbat” MMC istifadə müddəti bitmiş turşulu-qurğuşun akkumulyatorların utilizasiyası ilə məşğul olacaq. Bunun əhəmiyyətini AzVsion.az-a iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə şərh edib.

 

– Avtomobil akkumulyatorlarının nə olduğunu hamımız bilirik,- deyir professor,- Amma çoxumuz bu haqda düşünməmişik ki, onlar 3-5 ilə istifadə müddətləri bitəndən sonra ekoloji cəhətdən çox təhlükəli olurlar. Nə vaxtsa akkumulyatoru götürməyə cəhd edən hər kəs onların xeyli ağır olduğunu da bilir. Çünki onların tərkibinin 60%-ə qədəri qurğuşundan ibarətdir. Bundan başqa, akkumulyatorun tərkibinin daha 10-15%-i orta məktəbdən tanıdığımız sulfat (kükürd) turşusundan ibarətdir. Bunlar zəhərli maddələrdirlər və onları sadəcə, zibilliyə tullamaq olmaz. Avropa Birliyi ölkələrində akkumulyatoru tullamağın cəriməsi 300 avrodur. Orada 2006-cı ildə qəbul olunan direktivə görə, işlənmiş akkumulyatorların ən azı 90%-nin sənaye metodu ilə utilizasiyasına nail olunmalıdır (Hazırda həmin göstərici 70-80 faiz arasındadır). Göründüyü kimi, bu iş biznesin hətta inkişaf etmiş ölkələr üçün də yeni bir sahəsi sayıla bilər.

Ziyanı gəlirə çevirən biznes – Ekspert şərhi
Əlibala Məhərrəmzadə xatırladır ki, qurğuşun insan orqanizmində toplanmaq xüsusiyyətinə malikdir. O, çirklənmiş torpaqdan qrunt sularına, bitkilərə, oradan isə qida zənciri vasitəsilə insan orqanizminə keçərək, illərlə toplanır, miqdarı kritik həddi keçəndən sonra ağır xəstəliklərə səbəb olur. Qurğuşun tozu nəfəslə də bədənə daxil olaraq, burada illərlə yığıla bilir. Buna görə də, işlənmiş akkumulyatorların savadlı utilizasiyası olduqca mühüm məsələdir.

“Son illərdə dünyanın inkişaf etmiş ölkələri bu məsələyə xüsusi diqqət göstərirlər. ABŞ-da hər il təxminən 100 milyon köhnəlmiş akkumulyator dəyişdirilir və onların 99%-i utilizasiya olunur. İşin yaxşı tərəfi odur ki, bu fəaliyyəti səmərəli biznesə çevirmək və pul qazanmaq da mümkündür. Belə ki, köhnə akkumulyator tərkib hissələrinə – plastik, qurğuşun, elektrolitlərə ayrılır, sonra onlardan kimyəvi emal yolu ilə propilen, polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat alınır. Bu məhsullara kimya sənayesində hər zaman böyük tələbat var. Onları həm ölkə daxilində işlətmək, həm də xaricə ixrac etmək mümkündür. Akkumulyatorun növündən asılı olaraq, onun hər birindən 2 kiloqramdan 13 kiloqrama qədər qurğuşun əldə oluna bilir”,- ekspert bildirib.

Ziyanı gəlirə çevirən biznes – Ekspert şərhi
Dövlət başçımızın açılışına qatıldığı “Azmonbat” ildə 800 min ədəd, yaxud, 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, 15 min ton qurğuşun və 4,5 min ton gübrə almağa imkan verəcək. Ə.Məhərrəmzadənin sözlərinə görə, Azərbaycanda hər il nə qədər akkumulyatorun tullandığı barədə dəqiq statistika yoxdur, amma bütün hallarda, belə bir müəssisənin işə düşməsi həm ətraf mühiti ağır toksik yükdən xilas edəcək həm də gəlir gətirəcək. Bu biznes müəyyən mənada ekoloji təhlükəli sayıla bilər, ona görə də, orada hər zaman ən son texnologiyaların tətbiqinə nəzarət edilməlidir. Hazırda “Azmonbat”da ekoloji standartlara tam əməl olunur.

Ziyanı gəlirə çevirən biznes – Ekspert şərhi
– Hesab edirəm ki, bu, son vaxtlar ölkəmizdə işə düşən ən vacib layihələrdən biridir. Biz eyni zamanda bir neçə hədəfə çatmağa imkan verən belə müasir biznes növlərinə xüsusi maraq və həvəslə yanaşmalıyıq. Texnologiya parkları bunun üçün çox əlverişli mühit və şərtləri təmin edir. Hazırda Azərbaycanda 5 sənaye parkı var, 6-cısı isə Ağdamda açılacaq. Bu parklar müasir, qabaqcıl texnologiyaya əsaslanan biznesin inkişafı üçün böyük şansdır,- ekspert fikirlərini yekunlaşdırıb.

DAHA ÇOX OXU

1-MANŞET

Ermənilər Qarabağdan tamamilə MƏHRUM EDİLİR – Hər şeyin SONU …

23/05/2022
Analiz

Putin hakimiyyətə nəzarəti itirir: Rusiya elitası yeni dövrə hazırlaşır

22/05/2022
1-MANŞET

Rusiya buğdanı silah kimi istifadə edəcəkmi? – ARAŞDIRMA

14/05/2022
Analiz

ABŞ-Rusiya savaşı Qafqaza keçir: Ağ Ev Kremlin “nə hərb, nə sülh” modelini bloklayır

13/05/2022
Analiz

Ermənistanda silahlı toqquşmalar planlaşdırılır: Paşinyan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib

10/05/2022
Analiz

Kremldə parçalanma iddiaları: Putin ikitərəfli təzyiqlər altında qalıb

08/05/2022
SON XƏBƏR

Flora Kərimovadan qazilərə jest: hərəsinə 750 AZN hədiyyə etdi

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - VİDEO

Xəbər lenti

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

2022/05/27 18:48

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

2022/05/27 18:45

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

2022/05/27 18:35

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

2022/05/27 18:22

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

2022/05/27 17:19

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

2022/05/27 17:15

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

2022/05/27 17:15

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

2022/05/27 17:10

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

2022/05/27 17:03

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022/05/27 16:54

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

2022/05/27 16:40

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

2022/05/27 16:29

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

2022/05/27 16:18

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

2022/05/27 16:07

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

2022/05/27 15:51

Meymunçiçəyinə Azərbaycanda bu şəxslər yoluxa bilər – AÇIQLAMA

2022/05/27 15:38

Bakıda müəllimi öldürüb evini yandıran şəxs tutuldu

2022/05/27 15:33

Mehriban Əliyeva Zəngilandan video paylaşıb

2022/05/27 15:31

Məşhur teleaparıcı DİN əməkdaşı ilə ailə qurur

2022/05/27 15:24

ƏDV ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Bu pulları geri alacaqsınız – VİDEO

2022/05/27 15:10

Azərbaycanlı müğənni “Galendewagen”lə qəza TÖRƏTDİ

2022/05/27 14:56

“Yaşlı nəsil, sənət adamları undulur”- Xalq artisti

2022/05/27 14:48

İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

2022/05/27 14:45

Azərbaycanda müğənni vəfat etdi – FOTO

2022/05/27 14:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.