Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib.

BAKU.WS xəbər verir ki, Azər Məhərrəmov peşəkar “Arm Wrestling” liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib.

Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındakı qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub.

Qarşılaşmanı qələbə ilə yekunlaşdıran Azər Məhərrəmov “Arm Wrestling” liqasının kubokunu qazanıb.