Azərbaycanlı prodüser Sayqa Cahidin səhhəti pisləşib.
BAKU.WS xəbər verir ki, bu haqda onun rəfiqəsi Fira Cəlilova sosial şəbəkədə paylaşım edib.
O, Sayqanın vəziyyətinin ağır olduğunu və təcili olaraq Türkiyəyə aparıldığını deyib. Aparıcı prodüserin səhv müalicə aldığını bildirib:
“Onun böyrəyində daş var idi. Əməliyyat uğursuz keçib və stend qoyulub. Stendi çıxardıqdan sonra davamlı şəkildə qızdırması olub. Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcburi İstanbula aparılmalı oldu.
Həkimlər təcili konsilium edərək vəziyyətinin çox ağır olduğunu bildiriblər. Qırmızı qan hüceyrələri həddən artıq azalıb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıb. Əməliyyat zamanı orqanizminə infeksiya düşdüyü üçün onun böyrəyi şişib. Həkimlər onu ağır vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər”.