Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətovadan xəbər var.

Medianews.az big.az-a istinadən xəbər verir ki, Günel sosial media hesabında yeni görüntülərini paylaşıb. O, cazibədar görüntülərinə: “İçimdəki seksi qadını da, qayğıkeş ananı da, karyerist güclü tərəfimi də, evini səliqəyə salan və yeməyini bişirən o insanı da sevirəm. Heç biri digərinə mane olmur. Hərəsindən bir az varımdı və bütün bunlarla mən bütövəm” sözlərini yazıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub.

Həmin videonu təqdim edirik: