Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Gəlinimin bir tərəfi italyan, bir tərəfi irlandiyalıdır” – Elmar Məmmədyarov

TURAN
11/08/2021 22:35
1
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov Demokrat.az-a müsahibə verib.

Medianews.az müsahibəni təqdim edir:

– Bu yaxınlarda Rusiya Dövlət Dumasının üzvü Vladimr Jirinovski yenidən Azərbaycanla bağlı sərsəm açıqlamalar verib. Onun fikirləri ilə tanışsınızmı?

– Bəli, tanışam. Bu, Jirinovskinin ilk belə açıqlaması deyil. Mənim nazir fəaliyyətim dövründə də onun bu cür çıxışları zamanı Rusiyaya bu ölkədəki səfirliyimiz vasitəsilə etiraz nota göndərirdik. Jirinovskinin mövqeyi bəllidir. Onun bu cür çıxışları əsas yerli auditoriya üçün nəzərdə tutulub. Onun imici belədir. İnanmıram ki, Jirinovskinin bu açıqlamaları nəyisə dəyişdirsin. Azərbaycanla Rusiya arasındakı yüksək əlaqələrə bu cür açıqlamalar ziyan vurmaz, çünki Jirinovskini hamı tanıyır. Moskvadakı siyasi elitada da o, yaxşı tanınır. Hər kəs bilir ki, onun çıxışları hər zaman belə sərtdir. Ona görə də, onun işlətdiyi ifadələrin nəyisə dəyişdirəcəyini düşünmürəm.

– Sizcə, Jirinovskinin bu cür sərsəm açıqlamalarını ciddiyə almaq lazımdırmı?

– Məncə, onun açıqlamalarına fikir vermək lazımdır, amma ciddi qəbul etməməliyik. Bəziləri iddia edir ki, güya Jirnovski Rusiya rəhbərliyini sözlərini çatdırır. Amma mən inanmıram ki, Jirinovskinin bu çıxışında Putinin fikirləri olsun. Əgər Jirinovskinin əvvəlki çıxışları öz yerini tutsaydı, təsdiqlənsəydi, indi belə fikirləşmək olardı.

Azərbaycan tərəfi onun çıxışı ilə bağlı öz mövqeyini bildirdi. Bildiyim qədər, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvadan Bakıya çağrılaraq təlimatlandırılıb, bu məsələyə səfirimiz də öz etirazını bildirib. Biz öz mövqeyimizi tam olaraq Rusiyaya çatdırmışıq. Birmənalı şəkildə reaksiya verməli, mövqe bildirməliyik. Diplomatiyada bu cür fikirlərə reaksiya verməmək həmin fikirləri qəbul etmək kimi dəyərləndirilir. Biz də öz mövqeyimizi bildirməklə cavabımızı vermiş olduq. Amma soruşsanız ki, bununla nəsə dəyişdimi, düşünmürəm.

– Türkiyədə baş verən yanğınlarla bağlı Azərbaycan qardaş ölkəyə dəstək göstərir, yardım qrupları göndərib Bununla bağlı siz nə deyə bilərsiniz?

– Bizim cənab Çavuşoğlu ilə dostluq münasibətlərimiz var və bu gündə davam edir. Belə günlərdə Türkiyəyə yardım mütləq lazım idi. Cənab Prezidentin göstərişi ilə xeyli sayda texnika və canlı qüvvə Türkiyəyə göndərildi. Bu hadisələrdə qardaş Türkiyənin yanında olmalı idik. Azərbaycan Türkiyəni birmənalı şəkildə dəstəkləməli idi və Prezidentin tapşırığı əsasında bu, reallaşdı. Bu, çox böyük və qardaşlığa yaraşan addım oldu. Fürsətdən istifadə edib, qardaş Türkiyənin bu bəladan tezliklə xilas olmağını arzu edirəm.

– Zaman-zaman övladlarınız haqqınızda ermənilərlə qohumluğunuz barədə söhbətlər gündəmə gəlir. Hətta, övladınızın erməni əsilli xanımla evlənməsi kimi xəbərlər yayılıb. İstərdim ki, bu söz-söhbətlərlə bağlı dəqiq açıqlamanı öz dilinizdən eşidək. Oğlunuzun erməniəsilli xanımla ailə həyatı qurması doğrudurmu?

– Xeyr, bu əsla ola bilməz. Nə mənim ailəmin, nə də gəlinimin nə ana tərəfdən, nə də ata tərəfdən erməni ilə qan qohumluğu yoxdur, olmayıb da. Bunlar hamısı boş-boş söhbətlərdir. İndi ad qaralamaq istəyən adamlar çoxdur, niyə etmək istəyirlər bilmirəm, özləri bilərlər. Necə deyərlər, babalı onların boynuna. Ona görə də, bu məsələni heç şərh etmək belə istəmirəm.

– Bəs gəlininiz hansı millətin nümyəndəsidir?

– Övladımının həyat yoldaşının bir tərəfi italyan, bir tərəfi isə irlandiyalıdır. Qudalarım isə rəhmətə gediblər. Gəlinim çox yaxşı insandır, peşəkar həkimdir. Gəlinim oğlumla Amerikada universitetdə bir yerdə oxuyublar, elə orada tanış olub, evləniblər.

DAHA ÇOX OXU

1-MANŞET

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00
Dünya

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59
Dünya

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50
Dünya

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15
Dünya

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

30/01/2023 19:46
Dünya

Polşadan iddialı NATO bəyanatı

30/01/2023 19:27
SON XƏBƏR

BMT-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

"Kəşfiyyat məlumatlarımız var" - Ərdoğan meşə yanğınlarındakı terror izindən DANIŞDI

Bakıda süpürgəçi qadının ifası eşidənləri heyrətləndirdi - VİDEO

Xəbər lenti

Moskvada ermənilər biabır oldu – VİDEO

31/01/2023 06:49

Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi – VİDEO

31/01/2023 06:33

Danimarka “taxıl sazişi”nə qoşulub

31/01/2023 06:16

İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi: Şallaq zərbəsi tətbiq ediləcək

31/01/2023 06:00

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

30/01/2023 19:46

Polşadan iddialı NATO bəyanatı

30/01/2023 19:27

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

30/01/2023 18:49

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: “Fevralın 1-dək…”

30/01/2023 18:13

Yunanıstan qırıcısı dənizə düşdü

30/01/2023 18:12

“Qayınana söhbəti ola bilməz” – İlk dəfə danışdı

30/01/2023 18:11

Məşhur aparıcının xanımı: “İlkin getdiyi məkandan şəkil göndərir” – FOTOLAR

30/01/2023 18:10

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

30/01/2023 18:08

Səhlab Bağırov vəzifəsindən azad olundu – Yeni təyinat

30/01/2023 18:04

“Çılplaqlığla şəhvət hissi ilə baxdılar” – Azərbaycanlı modelin paylaşımı yenidən gündəm oldu – FOTOLAR

30/01/2023 17:57

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə – FOTO

30/01/2023 17:34

Kliniki ölüm keçirən qadının həyata qayıtdıqdan sonra dedikləri GÜNDƏM OLDU

30/01/2023 17:27

Həvəskarlar liqasının oyununda azarkeşlər futbolçulara hücum çəkdi – VİDEO

30/01/2023 17:24

“Bayraktar, əfsanəvi qanadlar” sənədli filmi yayımlandı – VİDEO

30/01/2023 17:17

Şagird müəllimini döyərək dizini sındırdı – ANBAAN VİDEO

30/01/2023 16:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.