Ukrayna Ali Radasının üzvü Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Medianews.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi finalda macarıstanlı Viktor Lorintsə 3:1 hesabı ilə qalib gəlib.
Ukraynalı deputatın qalibiyyəti Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub.