XƏBƏR LENTİ

Ən çox oxunanlar

Sorğu

2021-ci ildən gözləntiləriniz nələrdir?

Nəticələr

Bir neçə gün əvvəl Xalq artisti Röya Ayxan və müğənni Zamiq Hüseynov mərhum Xalq artisti İlhamə Quliyevanın “Neylərsən?” mahnısına yeni nəfəs verərək onu ekranlaşdırıblar. İfa musiqisevərlərə təqdim edildiyi andan müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, müğənni Rəqsanə İsmayılova da Zamiqlə Röyanın 7 il sonra bir araya gələrək təqdim etdiyi səs-küylü layihə haqqında fikirlərini bildirib. Sənətçi İlhamə Quliyeva həyatda olarkən ondan icazə alıb bu mahnını oxuduğunu qeyd edib:

“Allah İlhamə xanım Quliyevaya rəhmət etsin. Ölməz sənətkar həmişə yaşayacaq. Faiq Sücəddinovun əsərləri hər zaman dillər əzbəri olub. Allah sizə ömür versin, dəyərli bəstəkar. Mən bu mahnını İlhamə xanımın sağlığında icazə aldım və oxudum. Bu gün sənət dostlarım da oxuyub. Xeyirli olsun. Hər kəsin öz ifa tərzi var. Əsas odur ki, bu əsərlər var, yaşayır və nəsildən nəsilə keçir. Bu əsərlər hər zaman yaşayacaq”.

 Dostlarımızın xəbərləri

  • Ərindən boşanan azərbaycanlı müğənni maşınında silah gəzdirir? - FOTO
medianews