Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.

BAKU.WS xəbər verir ki, qarşılaşma 4:1 hesabı ilə yekunlaşıb.

Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də üçüncü medalını qazanıb. Buna qədər cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.