Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində baş verib:

“Ölümlə nəticələnən yol-nəqliyyat hadisə bu gün 18:09 radələrində baş verib. 90-FD-955 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək piyadanı vurub. Təxminən 30 yaşlı şəxs hadisə yerində vəfat edib”.

O qeyd edib ki, sürücü daha sonra üç avtomobilə çırpılıb.

Həmin videonu təqdim edirik: