Avqustun 5-dən etibarən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə veriləcək.

Medianews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Dəyişikliyə əsasən aşağıdakı ölkələrdən Azərbaycana giriş-çıxışa icazə verilir:

2.5-4-1.1. Almaniya Federativ Respublikası;

2.5-4-1.2. Avstriya Respublikası;

2.5-4-1.3. Belçika Krallığı;

2.5-4-1.4. Çexiya Respublikası;

2.5-4-1.5. Danimarka Krallığı;

2.5-4-1.6. İrlandiya Respublikası;

2.5-4-1.7. İspaniya Krallığı;

2.5-4-1.8. İsveç Krallığı;

2.5-4-1.9. İsveçrə Konfederasiyası;

2.5-4-1.10. Kanada;

2.5-4-1.11. Lüksemburq Böyük Hersoqluğu;

2.5-4-1.12. Malta Respublikası;

2.5-4-1.13. Niderland Krallığı;

2.5-4-1.14. Polşa Respublikası;

2.5-4-1.15. Portuqaliya Respublikası;

2.5-4-1.16. Serbiya Respublikası;

2.5-4-1.17. Sinqapur Respublikası;

2.5-4-1.18. Sloveniya Respublikası;

2.5-4-1.19. Slovakiya Respublikası;

2.5-4-1.20. Yunanıstan Respublikası.