Şairə Nazilə Səfərli yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aparıcı Vüqar Kamiloğlunun “Youtube” layihəsinə qonaq olan Səfərli ona cadu edilməsindən danışıb:
“Bir dəfə tanışlarımdan biri dedi ki, filan baxıcıda idim. Orada sənin söhbətin gedirdi. Dedilər, kimsə gəlib 10 min manat pul verib, cadu etdirib ki, sənə maddi yardım edən və dəstək olan şəxs səndən əlini çəksin. Yəni ki, kimsə mənim arxamda dayanıb. Mənim özüm dayağam, arxamda kim dayanacaq?
Eşidirlər ki, Nazilə filankəsin məclisinə 3-4 dəfə gedib. Bundan sonra başlayırlar ki, onun arxasında filnakəslər dayanıb. Belə şayiə buraxırlar. Bu da tez yayılır. Bununla da insanın əməyini itirirlər, guya hər zaman kimsə sənə arxa dayaq olub. Nə arxa? Nə dayaq? Oğul istəyirəm, çıxsın qarşıma, desin ki, bunu sənə mən etmişəm!”