Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyəyə yola düşəcək.
FHN-dən Medianews.az-a verilən məlumata görə, yanğın-xilasetmə qrupuna aşağıdakılar daxildir;
– 1 ədəd helikopter,
– 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları,
– 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.