Müğənni Jehan Barburun Türkiyədəki meşə yanğınları ilə bağlı tvitterdə paylaşdığı post tənqid olunub.

Medianews.az axşam.az-a istinadən xəbər verir ki, müğənni yazdığı tvitdə insanlardan çox heyvanlar üçün narahat olduğunu yazıb:

“Bağışlayın, amma ürəyim insanlar üçün deyil, yanğında qalan heyvanlar üçün döyünür. Bədbəxt dünyamızın günahını çəkən məsumlara”.

Qeyd edək ki, hazırda müxtəlif bölgələrində yanğınlar səngiməyən Türkiyənin daha bir siması yanğınla əlaqəli paylaşımına görə tənqid edilib. Ölkənin ən varlı qadınlarından sayılan Süreyya Yalçın dincələrkən alovlardan çıxan dumanın qarşısında foto çəkdirib. Qınaqlardan sonra şəkilləri hesabından silməli olub.