İrəvan şəhərinin Ağsaqqallar Şurasının üzvü Nuard Vardanyanın sosial şəbəkə hesabında paylaşdığı videolar Ermənistanda qalmaqal yaradıb.

Sosial şəbəkənin erməni seqmentində yaranmış qəzəb dalğasından hiss olunur ki, erməni vəkil heç də İrəvanın problemlərinə can yandırması ilə yadda qalmayıb.

Əksinə, N.Vardanyanın Ağsaqqallar Şurasının iclaslarında daha yaxşı bacardığı “işlərə” meyl etməsi erməniləri bərk qıcıqlandırıb. Şuranın “ağbirçəyi” iclaslarda “Tiktok” üçün videolar çəkib.

Görünür, qurumun xanım üzvü üçün İrəvanın problemləri o qədər maraqsızdır ki, “Tiktok”da izləyicilərini sevindirmək üçün video çəkməyi özünə daha lazımlı bilib, ya da N.Vardanyan bu gənc yaşında Ağsaqqallar Şurasında olmasını özünə bağışlaya bilməyib. Axı ölkədə başqa ağsaqqal tapılmayıb ki, onu gətirib orada əyləşdiriblər? Yəqin ki, daha yuxarı yaş kateqoriyalarında məmur qohumları arasında vakansiya olmayıb. Elə ona görə, cazibədar gənc qızı gətirib atıblar “ağsaqqal”ların arasına.

Daha bir maraqlı məqam isə sözügedən şəxsin ixtisasca ginekoloq olmasıdır. Çox maraqlıdır, erməni “seçici”lər və ya Nuard Vardanyanı İrəvanın Ağsaqqallar Şurasında “ağbirçək” kimi görən “dahi”lər ginekoloqun paytaxtın hansı probleminin həllində önəmli rol oynaya biləcəyini düşünüb? Hər halda söhbət erməni cəmiyyətindən gedirsə, istənilən “ağlasığmaz düşüncə”ni bu məntiqin arxasında dayanan səbəb kimi qəbul etmək elə də çətin deyil. Hər halda İrəvanın “Ağsaqqallar”ı sırasında paytaxtın problemlərinin həllini gənc ginekoloqa həvalə ediblərsə, demək ölkədə ciddi “ağsaqqal” çatışmazlığı var.

Əslində bu cür davranışlar ümumilikdə erməni cəmiyyətinin əsl simasını ortaya qoyur. Tarix boyu olduğu kimi talançılığa, oğurluğa, özbaşınalığa öyrəşmiş ermənilər bu gün də müasir sivilizasiyalar arasında həmin ibtidai təsəvvürlərlə idarə olunur.

Onsuzda ağır həyat şərtlərinin olduğu ölkədə sadə insanlar heç kim üçün maraqlı deyil. Adi vətəndaşlar məmurlar üçün hər zaman ikinci, üçüncü, hətta kim bilir neçənci planda dayanır.

Ağsaqqallar Şurasının “ağbirçəyi”nin İrəvandan daha çox “Tiktok” istifadəçilərini düşünməsi də heç təəccüblü deyil. Çünki İrəvanla maraqlansa, yüzlərlə, minlərlə problemlə qarşılaşıb, sonda başını götürüb birbaşa xaricə qaçacaq. “Tiktok”da isə bəzənib-düzənib videolar paylaşanda heç kim ona gözün üstə qaşın var deməyəcək. Bu vəziyyətdə ikinci seçim ideal görünür. Elə bu cür “ağsaqqal”ları olan ölkəyə də bu yaraşır… Olan İrəvana olub, şəhərin ən böyük problemi ağsaqqal çatışmazlığıdır, tarixi sahibləri, azərbaycanlılar oradan qovulandan sonra İrəvan ağsaqqalsız qalıb.