Türkiyəli gənc popçu Aleyna Tilki yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, ötən gün müğənninin “Sır” adlı mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib.
Təqdimatda Aleynanın sadəcə dostları iştirak edib.
Məclis zamanı hər kəsi təəccübləndirən hadisə yaşanıb.
Belə ki, gəlinlik geyinən Aleyna klipində tərəf müqabili olan robotla nigahlanıb. İfaçının nigah şahidi müğənni Ersay Üner, robotun şahidi isə
“Survivor” yarışmasının qalibi Cemal Canseven olub.
Aleynanın nigahından lentə alınan görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib.