Əfqanıstanın məşhur komediya ustası Nəzər Məhəmməd ağa Kaşa “Taliban” üzvləri tərəfindən öldürülüb.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı iranlı beynəlxalq jurnalist Tajuden Sorouş bildirib.

O qeyd edib ki, Qəndəhar komediya ustası Kaşa “taliban”çılar tərəfindən tutulub, maşının içində dəfələrlə döyülüb və öldürülüb.

İnsanları güldürməyin “haram” olması əsas gətirilərək “Taliban” tərəfindən ağaca bağlanaraq boğazı kəsilən sənətçinin meyiti dəhşətli vəziyyətdə tapılıb.

Qeyd edilir ki, ABŞ hərbi qüvvələrini Əfqanıstandan çəkəndən sonra ölkədə gərginliyi artıran “Taliban”ın insanlara təzyiqi çoxalıb.