Zabaykalye (Rusiya) ərazisində məmur qadın məhkəmə qarşısına çıxarılıb.
Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, qadın ərini vəhşicəsinə qətlə yetirib. Qadın məhkəmədə qəzəbli ərindən özünü qorumaq öldürdüyünü iddia edib. Əslində isə qadın ərini keçmiş “incikliklər” səbəbindən, yəni qisas zəminində öldürüb. Onlar arasındakı münasibətlər Yeni il tətillərində, daha doğrusu Milad gecəsində faciəli bir anlaşma ilə sona çatıb.
Ərini ürəyindən bıçaqlayan qadın ona şans verməyib. Kişi yerindəcə ölüb. Cinayətə görə intiqam almış arvad ümumi rejimli islah koloniyasında 8 il həbs cəzasına məhkum edilib.