İyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında “EL-1 IDMAN TƏŞKİLATI”-nın təşkilatçılığı ilə idman yarışı keçirilib.

Fanat.Az-ın məlumatına görə, xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışa görə, təşkilatın prezidenti 1984-cü il təvəllüdlü Elçin Çobanzadə və onunla bərabər yarışın döyüşçüləri Fərid Qaya (Ferid Qaya) və Rosh Life təxəllüslü məşhur idmançılar da həbs olunub.

Bakıda karantin qaydalarını pozan məşhur idmançılar həbs olundu -VİDEO

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.