Xalq artisti Brilliant Dadaşova yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Fəlidən doğru xəbər” proqramına qonaq olan ifaçı indiyə qədər heç kimin bilmədiyi bacarığından danışıb.
Belə ki, verilişin aparıcısı Elşən Orucov (Fəlakət) Xalq artistindən insanlara bəlli olmayan bir bacarığını söyləməsini xahiş edib:
“Siz gözəl müğənnisiniz, xanımsınız, sənətkarsınız, aktrisasınız, painoçusunuz… Bir qabiliyyətinizi də deyə bilərsiniz? Hansı ki, insanlar onu bilmir”.
Dadaşova isə cavabında “Yaxşı nərd oynamaq bacarığım var. Kimi istəyirsən, gətir, onunla oynayım”, – deyə bildirib.