Almaniyanın Leverkuzen şəhərində kimyəvi tullantıların yandırıldığı zavodda güclü partlayış olub.

Bu barədə “Bild” nəşri yazıb. Hadisə şəhərin qərbindəki Byurriq rayonunda baş verib. Sosial şəbəkələrdə yayılan videoda hadisə yerindən qalın qara tüstü qatının qalxdığı görünür.

Sakinlərə qapalı yerlərdə qalmaları, qapı və pəncərələri bağlı saxlamaları barədə xəbərdarlıq edilib.

Son məlumatlara əsasən, hadisə nəticəsində iki nəfərin öldüyü, 31 nəfərin xəsarət aldığı, dörd nəfərinsə itkin düşdüyü bildirilib.