Əməkdar artist Nahidə Orucova şəxsi həyatı ilə bağlı açqıalama verib.
BAKU.WS xəbər verir ki, “Üzə-düz” verilişinə qonaq olan 60 yaşlı aktrisa, ona bəylər tərəfindən evlilik təklifləri edildiyini lakin qəbul etmədiyini açıqıayıb:
“Kişilərin sevdiyi, seçdiyi xanımam. Mənə çox evlilik təklifləri olub, amma mən özümdə qadağa qoymuşam. Hər zaman kişi tərəfindən sevilib-seçilən qadın olmuşam. Onu da öz hörmətimlə qazanmışam. Xoşbəxt olmayan ailə tablosu və gizli eşq arasında seçimdə qalsaydım, gizli eşqi seçərdim. Gülür. Ürəyimdə o qədər gizli eşqlər olub ki…
Amma özümdə saxlamışam, üzə vurmamışam. İlk dəfədir etiraf edirəm, düz gözünün içinə baxmışam. Yanımda olan kişi ağıllı, savadlı olmalıdır ki, mən bildiklərimdən də artıq öyrənim. Mənim üçün maddiyyat önəmli deyil. Əsas sevgidir! Düzdür, yoldaşımla eyni sənətdə olmuşuq, çiyin-çiyinə çalışmışıq amma bu gün bir yerdə deyilik. Yəqin ki, biz bir-birimizi başa düşmədik!”