Ötən gün 2218 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb.

Medianews.az xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat daxil olub.

Qeyd edək ki, iyulun 26-da DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.