Bir çox qadınlar hələ yay başlamadan bədənlərini formaya salmağa çalışırlar. Adətən ən doğru çəki səhər yuxudan duranda, ayaqyoluna getdikdən sonra çəkiləndir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyalı bloqer Bri Lenehan bunun səbəbini özünün “İnstagram” səhifəsində əyani şəkildə göstərib.

Belə ki, çəkdiyi videoda o, diqqəti əsasən qarnına yönəldib.

Kadrlardan səhər yeməkdən öncə qarnının düz olduğunu, axşama doğru isə yemək və su ilə dolduğu üçün bir az “yumrulaşdığını” görürük.

Lenehan bu videosuyla orqanizmin təbii olaraq bütün gün boyu ideal görünə bilmədiyini sübut etməyə çalışıb. Onun paylaşımı bəyənilərək tez bir zamanda yayılıb.

Bir çox istifadəçilər ona motivasiya üçün təşəkkürlərini də bildiriblər.

Bütün qadınların bədəni 24 saatda belə dəyişir - FOTO

Bütün qadınların bədəni 24 saatda belə dəyişir - FOTO