Abşeron rayonu, Xırdalan şəhər sakini iki kişi tərəfindən zorlanıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Belə ki, 1989-cu il təvəllüdlü G.R. polisə müraciət edərək bildirib ki, Lökbatan qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan iki nəfər onu zorla avtomobilə mindirərək Binəqədi ərazisinə aparıblar. Həmin iki kişi burada qadını zorlayıblar.

Məsələ barədə araşdırma aparılır.