Müğənni Lətifə Soyuöz yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Atv maqazin onlarla” verilişinin “33 sual” rubrikasına qonaq olan ifaçı Səmra Rəhimlinin bir müddət əvvəl təqdim etdiyi “AZN” klipindən danışıb.
O, gənc həmkarının səs-küylü layihəsini tənqid edib:
“Bilirəm ki, qısa müddət əvvəl qalmaqallı sözləri olan mahnı oxuyub. O klipdən bir söz yadımdadır. O da ki, əlbəttə, Mirzə Ələkbər Sabirlə bağlıdır. Düşünürəm ki, çox yalnış zamanda Mirzə Ələkbər Sabirin sözlərindən istifadə edib. Xanıma səhv ideya veriblər. Bu günə görə o ifadələr lazımsız idi.
Mirzə Ələkbər Sabirin dövrü çox fərqli idi. Sabir bizim tariximizdir, onun yazdığı əsərlər indi də oxuduqda insanda təbəssüm yaradır. Onun ifadələrini klipdə söyləmək lazım deyildi. “Düşmənlərə möhtac olur olsun nə işim var?” ifadəsini işlətmək düzgün deyildi”.