“Xanımlar, cazibədar olmaqdan qorxmayın. Bunun mənfi tərəfi yoxdur. İnstaqramda mesaj bölümünə çox yazırlar. Onlara cavab vermirəm. Amma qadınlara cavab verirəm. Kişilərə cavab verdinsə, bunun davamı gəlməlidir. Davamını gətirə bilməyəcəmsə, kimisə qıcıqlandırmağa ehtiyac yoxdur”.

Medianews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz “ATV maqazin onlarla” verilişində deyib. İfaçı sosial şəbəkədə ona yazılan mesajlardan bəhs edib.

“Məni tanıyanlar bilir ki, kimlərin qızıyam, hansı ailədə dünyaya gəlmişəm. İnstaqramda görünən özüməm. Baxımlı olmağı sevirəm. Hər bir qadına da baxımlı olmağı diləyirəm. Nəsə paylaşanda, qiymətini yazmıram. Dırnağa verdiyim pulu müzakirə edirlər. Niyə mən kirayədə yaşayan, iki övlad böyüdən o, ustaya həmin pulu verməyim? Gedib pulsuz etdirib, reklam paylaşmıram ki” deyə, Lətifə söyləyib.

Lətifə nənəsindən və ona verilən ən bahalı hədiyyədən danışıb:

“Ən bahalı hədiyyəm avtomobil olub. Nənəm bağışlayıb. Bu sözü deyəndə çoxları gülür. Nənəmin 94 yaşı var. Amma o bizdən yox, biz ondan asılıyıq”.

İfaçı şəxsi həyatında yaşadığı xəyanətdən söz açıb:

“Ən ağır dönəmim gördüyüm xainlik idi. Xainliyi sənə ən yaxının edir. Bir dəfə yaşadım və onun təkrarlanmaması üçün əlimdən gələni edirəm. Bu, şəxsi həyatımda yaşadığım zərbə idi. İndi üzmür, əvvəl üzülürdüm: insanlar deyirdi ki, müğənnidirlər, günah bunlardadı. Sən mənim o anlarda nə yaşadığımı bilmirsənsə, necə qınayırsan? Sən və əzizin onu yaşasa, altından qalxa bilərsən? Tək anayam, amma bu, mənim seçimim ola bilməz. Bunu seçə bilmərəm. Övlad tək anaya aid ola bilməz. Bu, oğlumun şəxsi həyatıdır. Ona dəstəyəm, hər zaman yanındayam”.

Müğənni “Şou-biznesi əlçatan qadınlar çirkablayır” sözlərinə aydınlıq gətirib:

“İndi bu fikrə qatılmıram. Heç kimsəni qınamamaq lazımdı. Şou-biznesdə çatışmayanlar çoxdur. Səhnəyə yox, bazara bənzəyir”.