Ötən gün şairə Nazilə Səfərlinin sosial şəbəkədəki “Satıcı qız” paylaşımı səs-küyə səbəb olub.
Medianews.az xəbər verir ki, Nazilə qalmaqallı çıxışının ardından bu məsələyə elə “Instagram” hesabında aydınlıq gətirib:
“Dünən “Satıcı qız” mövzusunda yazı paylaşdım, sonra sildim. İndi baxıram bir çox səhifələr müxtəlif başlıqlarla həmin yazını paylaşıb. Sizə o yazını niyə yazdığımı və niyə məhz gülərək yazdığımı açıqlayım.
Deməli, qız, həqiqətən, polisdir və satıcı işləyir, amma satıcı deyil.
Buradan belə çıxır ki, bir azdan o qız ofisiant, tum satan, su satan da işləyə bilər. İş tələbi müvəqqəti hansısa cinayətin üstünü açmaq üçün satıcıdır.
Nə bilirsiniz, bəlkə həmin dükanın sahibi zəmanəmizin acı bəlası olan narkotacir çıxacaq? Yazını gülərək yazdım ki, bizim evə məlumat ötürən gəlin lazım deyil.
Ailəmizdə belə bir gəlin vaxtı ilə olub, o vaxtdan ağzımız süddən elə yanıb ki, qatıq içəndə də üfürürük… Polislərə böyük hörmətim var, amma bizim evə gəlin lazımdı. Sadəcə gəlin…
Nazilə müzakirələrə səbəb olan şərhini niyə sildiyini də açıqlayıb:
“Gördüm ki, şərh yazanların çoxu cahil olduqlarına görə sadəcə “Satıcı” sözünə rekasiya verib. Guya mən satıcılara yuxarıdan aşağı baxıram, onları ələ salıram. Xeyr, əzizlərim. Namusla qazanılan hər qəpik bərəkətlidir. Allah heç kimə xəfiyyə gəlin qismət etməsin”, – deyə Nazilə bildirib.
Qeyd edək ki, Səfərli ötən gün şəxsi “Instagram” hesabında “Sizi bir az güldürüm: Bibim böyük oğluma zəng edib ki, niyə evlənmirsən? Nurlan da böyük bibisinə deyib ki, kimi alım?
Bibim deyib, sənə bir qız tapmışam, əvəzi yoxdur. Nurlan soruşub ki, kimdir, nəçidir? Bibim qayıdasan ki, polisdir, amma mağazada satıcı işləyir”, – deyə paylaşım edib.