Azərbaycanda daha bir körpə küçəyə atılıb.
Medianews.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, körpə Ağcabədidə küçəyə atılıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən açıqlamada bildirilib ki, küçəyə atılan körpənin vəziyyəti yaxşıdır.
“Yenidoğulmuş uşaq oğlandır. Göbəyi bağlanmamış vəziyyətdə olub. Uşaq təcili yardım maşını ilə gətirilərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. Göbəyi bağlanıb”, – xəstəxanadan bildirilib.