Qurban bayramının ilk günündə Türkiyədə yaşayan azərbaycanlılar da unudulmayıb.
“Haber Global”ın məlumatına görə, dörd tona yaxın qurbanlıq heyvan əti iki mindən çox ehtiyac sahibinə paylanıb.
Telekanalın hazırladığı süjetdə bildirilib ki, müvafiq təşəbbüs Prezident İlham Əliyevin xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarına tapşırığı və tövsiyyəsi əsasında reallaşdırılıb.
Qeyd olunub ki, Türkiyədə sözügedən kampaniya biznesmen Anar Əlizadənin səyi ilə həyata keçirilib.