Türkiyənin Kocaeli bölgəsində dostunun evində ölü tapılan gənc qız haqqında dəhşətli faktlar ortaya çıxıb.
BAKU.WS “haberler.com”a istinadən xəbər verir ki, 21 yaşı olan Öykü 13 yaşından indiyə qədər 29 şəxs tərəfindən cinsi istismara məruz qalıb.
O, əvvəl dostunun evinə qonaq gəlib. Daha sonra rəfiqəsi işdən evə qayıdarkən onu evdə ölü tapıb. Dərhal polis və təcili yardım çağırıb. Mərhumun nəşi evdən çıxarılaraq ekspertizaya göndərilib.
Qətldə şübhəli olaraq bilinən Öykünün rəqfiqəsi poliş söbəsinə aparılıb. O cinayəti törətmədiyini söyləyib.
Gənc qızın məktəb illərindən sinif yoldaşları tərəfindən dəfələrlə cinsi istismara məruz qaldığı haqda məlumat yayılıb. Buna görə axtarışlara başlanılaraq, 29 nəfər polis tərəfindən nəzarətə götürülüb.
Onlardan 19-u sərbəst buraxılsa da, 10 nəfər haqqında həbs qəti imkan tədbiri görülüb.
Həmin şəxslərə məhkəmənin qərarı ilə 3 ildən 12 ilə qədər həbs cəzası verilib.