“Narkotik istifadəçisi qadın hər gün axşam saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məscidinin qarşısında uşağını diləndirir”.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

K.Ağazadə bildirib ki, qadın uşağının diləndiyi pulları narkotik vasitə almağa sərf edir:

“Həm özü, həm də həyat yoldaşı bu vəziyyətdədir. İki yaşlı uşaq təhlükəli durumdadır. Uşaq ailədən dərhal uzaqlaşdırılsın. Bir neçə ay öncə bu ailənin qaldığı evin yanında qarajda yanğın çıxıb. Bu insanlar həmin qarajda kimlərlə nələrsə edib.

Mənim narahatlığım iki yaşlı uşaqdır. Kim zəmanət verə bilər ki, yanğın yenidən çıxmayacaq? Artıq qaraj yoxdur, demək ki, ora gələnlərlə yanğını evdə çıxara bilərlər, o zaman uşağın aqibətini siz deyin…”.

O əlavə edib ki, evin ünvanını aidiyyəti qurumlar verə bilər.