Müğənni Günel Zeynalova sosial şəbəkə hesabında yeni paylaşım edib.
Medianews.az xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında atası Rəhman Zeynalovu ad günü münasibətilə təbrik edib.
Günel ad günündə ailəsi ilə çəkilən fotolarını paylaşaraq bunları əlavə edib:
“Ürəyi dağ böyüklükdə olan hörmətli atam, ad günün mübarək. Allah səni ailəmizə çox görməsin. Başımızın üstündən əskik olmayasan”.