O, “Holokost uşaqlarının anası” ləqəbi ilə də tanınır…

II Dünya müharibəsi haqqında bildiyimiz qəhrəmanlıq hekayələrinin əksəriyyəti cəbhədə baş verənlərdir. Aşağıda təqdim etdiyimiz hadisə isə bir qədər fərqlidir.

2008-ci ildə 98 yaşında vəfat edən İrena Sendlerdən bu hadisənin baş qəhrəmanıdır. 1910-cu ildə Otwokda anadan olan İrenanın atası həkim və ilk Polşa sosialistlərindən biri idi. Xəstələri əsasən yəhudi olan ata, ona hər zaman sosial vəziyyətindən və etnik mənsubiyyətindən asılı olmayaraq insanları sevməyi və hörmət göstərməyi öyrədirdi.

Sendlerin irqçi antisemitizm siyasətlərə etirazı universitet tələbəsi olduğu zamanlarda başlayıb.

2500 uşağı Holokost soyqırımından xilas etdiyi üçün qolları və ayaqları sındırılan tibb bacısının HƏYAT HEKAYƏSİ

Universitet rəhbərliyi tərəfindən yəhudi dostları ilə eyni sırada otura bilməyəcəyini söylədikdə, Sendlerin cavabı, “o zaman mən də yəhudiyəm”, olmuşdu. Bu hərəkətindən sonra İrena Sendler Varşava universitetindən qovulub.

Doğru bildiyi yoldan ayrılmayan Sendler İkinci Dünya müharibəsi əsnasında yenidən insanlığın tərəfini seçib və Varşava gettosunda tibb bacısı olaraq çalışmağa başlayıb.

Beləliklə, Sendler 25 nəfərlik komandası ilə birlikdə 1940-1943-cü illər arasında 2500 uşağı gettodan çıxarmağı bacarıb, yəni canlarını qurtarıb.

2500 uşağı Holokost soyqırımından xilas etdiyi üçün qolları və ayaqları sındırılan tibb bacısının HƏYAT HEKAYƏSİ

Sağlamlıq mərkəzlərində tibb bacısı işləyən İrena Sendler Varşava gettosundakı insanlıq dramına dözə bilməyib və almanların “tifus” epidemiyasından qorxduğundan istifadə edərək sağlamlıq müayinəsi edilməsi səbəbilə gettoya girib-çıxmağa fürsət tapıb.
İrena Sendler təcili tibbi yardım maşınında, bel çantalarında, hətta cəsəd torbalarının içərisində də gizli yolla uşaqları düşərgələrdən qaçırmağı bacarıb. Sendler gettodan çıxardığı uşaqlara saxta adlar verir, onları yəhudi olmayan ərazilərdə yerləşdirib təhlükədən uzaqlaşdırırdı.

Sendler müharibə bitdikdən sonra ailələrinin övladları ilə bir araya gəlmələrinə şərait yarada bilməsi üçün uşaqların adlarını siqaret kağızlarına yazıb şüşə qablara qoyaraq, qonşusunun həyətindəki alma ağacının altında basdırıb.

2500 uşağı Holokost soyqırımından xilas etdiyi üçün qolları və ayaqları sındırılan tibb bacısının HƏYAT HEKAYƏSİ

Lakin Sendlerin fəaliyyətləri Gestapo tərəfindən aşkar edildikdə o, tutularaq aylarla işgəncə görəcəyi “Pawiak” həbsxanasına atılıb. Sendler bütün işgəncələrə baxmayaraq, komandasını satmayıb. Və nəhayət, dostlarının alman mühafizəçilərinə verdiyi rüşvət sayəsində qolları və ayaqları sınmış halda xilas edilib. İrena Sendler müharibədən sonra da sosial yardım təşkilatlarında çalışmağa davam edib.

Irena Sendlerin həyatı yazıçı Anna Mieszkowskanın “Mother of the Children of Holocaust” (Holokost Uşaqlarının Anası) romanına mövzu olub.

Turan Oruc
Musavat.com