1.Monako Fransız Rivierasındakı suveren bir şəhər və mikrodövlətdir. Monakonun bir sərhəddi var. O da Fransa ilədir. Bu iki ölkə arasında viza tələbi yoxdur. Monako rəsmi olaraq Avropa Birliyinin üzvü deyil, lakin valyutaları “Avro” kimi tanınır.
2. Monako 1911-ci ildən bəri mütləq monarxiya tərəfindən idarə olunur. Ölkəni Monako şahzadəsi III Rainier və Grace Kelly’nin oğlu Şahzadə II Albert idarə edir. Şahzadə Albert uşaq sahibi olmasına baxmayaraq bir müddət subay qalıb. 2011-ci ildə keçmiş Cənubi Afrikalı üzgüçü Charlene Wittstock ilə evlənib. Üç il sonra cütlüyün taxtın varisləri ekiz övladları olub.
3. 2002-ci ildə Fransa ilə Monako arasında imzalanan yeni bir razılaşmada Grimaldi sülaləsini davam etdirmək üçün bir varis olmadığı təqdirdə rəhbərliyin Fransaya qayıtmaq əvəzinə müstəqil bir millət olaraq qalacağı bildirilib. Bununla birlikdə, Monakonun hərbi müdafiəsi hələ də Fransanın məsuliyyətindədir.
4. Monakodakı monarxların həyat tərzi həmişə insanlar üçün maraq mövzusu olub. Keçən il Şahzadə Charlene yeni saç düzümü ilə hər kəsi şoka salmışdı. Bir müsahibəsində, bu saç düzümünün öz qərarı olduğunu ifadə edərək, “Bunu çoxdan istəyirdim, bu üslub məni sevindirir” – deyə açıqlama vermişdi.
5. Monako, dünyanın digər bölgələrinə nisbətən olduqca kiçikdir, hətta dünyanın ən kiçik ikinci ölkəsi sayılır. Ölkənin sahəsi yalnız 2.02 kvadrat kilometrdir. Bu səbəbdən bütün əyaləti yalnız piyada gəzərək araşdırmaq olar.
6.Monako dünyada adambaşına düşən ÜDM-in(Ümumi Daxili Məhsul) ən yüksək səviyyəsinə və dünyanın ən aşağı yoxsulluq səviyyəsinə sahibdir. Hər gün Fransa və İtaliyadan 48 mindən çox işçi gəldiyi üçün işsizlik nisbəti 2 faizdir. Ayrıca, ölkə adambaşına düşən ən çox milyoner və milyarder sayına sahibdir.
7.Monakoda heç bir gəlir vergisi və ticarətdə aşağı vergilər olması da, dünyanın hər yerindən zəngin insanların buraya axın etməsini izah edən şeylər o qədər də sadə deyil. Hal-hazırda Monakoda təxminən 38 min nəfər yaşayır, 2020-ci il məlumatlarına görə yalnız 9573 nəfər bu ölkənin vətəndaşıdır.
8.Həqiqət budur ki, Monakodan vətəndaşlıq və pasport almaq həqiqətən çətindir. Orada yaşayan insanların çoxunun yaşayış icazəsi var. Monako vətəndaşlığı olan insanlara “Monegask” deyilir. Monegasklar arasında kifayət qədər məşhur insan var. Məsələn, Formula 1 yarış sürücüləri Charles və Arthur Leclerc qardaşları.
9. Dövlətdə vətəndaşlıq birbaşa doğum və ya evlilik yolu ilə əldə edilə bilməz. Monako vətəndaşı olmaq qazanılması gərəkən bir ayrıcalıqdır. Kimin pasport alacağına yalnız Monako şahzadəsi qərar verə bilər.
10. Monakoda 10 dövlət məktəbi, 2 özəl məktəb və bir beynəlxalq məktəb var. Dövlət məktəbləri burada pulsuzdur. Uşaqlar 12 il məktəbdə oxuyurlar və təlim prosesi 4 mərhələyə bölünür: ibtidai məktəb, orta məktəb, kollec və lisey. Monakoda yalnız bir universitet var və tədris dili ingilis dilindədir. Beynəlxalq özəl şirkətlər üçün icraçı və kadr hazırlığı üzrə ixtisaslaşıb.
11. Monakoda aylıq minimum təqaüd 1300 avro, orta əmək haqqı isə 4.410 avrodur.
12. 1929-cu ildən bəri hər il Monako motosiklet idmanının ən populyar yarışlarından biri olan və Formula 1 Dünya çempionatının bir hissəsi olan Monako Qran Prisinə ev sahibliyi edir. Hökumətin bir opera teatrı, simfonik orkestri və klassik balet truppası da var.
13. Monako çox yüksək təhlükəsizlik sisteminə malikdir. Bir çox insan maşınlarını bağlamağa belə ehtiyac duymur. Bunun 2 səbəbi var. Adambaşına düşən polis məmurlarının nisbəti olduqca yüksəkdir və ölkə ərazisində çoxlu sayda videokamera var. Monakoda cinayət nisbəti də çox aşağıdır: İldə 1 avtomobil oğurluğu, hər 10 ildə bir qətl.
Turan Oruc
Medianews.az