İstanbulda gecə növbəsindən evinə dönən həkim şok anlar yaşayıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, onlayn yemək sifariş edən həkimin yeməyini gətirən kuryeri ərazinin mühafizəçiləri içəri buraxmayıb. Bu zaman kuryerlə mühafizəşilər arasında mübahisə yaşanıb. Mübahisənin böyüməsi ilə hadisə yerinə gələn həkimə mühafizəçilər tərəfindən hücum olunub. Və onu dəyənəklə, təpikləyib ağır hala salıblar.
O dəhşətli anlar cib telefonuna çəkilib.