Türkiyədəki koronavirus xəstələrinin sayının azalması və peyvəndləmənin sürətlənməsi ilə iki ölkə arasında diplomatik görüşlər həyata keçirilib.
Medianews.az xəbər verir ki, Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın görüşlər aparmaq üçün Rusiyaya gediblər.
Türk heyəti, Rusiyada epidemiyadan məsul Baş nazirin müavini Tatyana Golikovanın rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə görüşüblər. Rus səlahiyyətlilər Türkiyənin koronavirus mənzərəsini yaxından araşdırdılar. Mübət irəliləyişlər müşahidə edən mütəxəssislər Türkiyəyə uçuşların bərpa olunması haqqında qərarın verilməsini uyğun görüblər.
Bundan əlavə görüşdə heyətlər, Türkiyə ilə Rusiya arasında qarşılıqlı uçuşların davam etdirilməsi və rus turistlərin Türkiyəyə təhlükəsiz səyahət etmələri üçün alınacaq tədbirləri müzakirə ediblər.
Rusiyanın uçuş məhdudiyyətini ləğv etməsindən sonra Antalyada sıxlıq müşahidə olunub. Belə ki, iki gün içərisində Antalyaya 20 min turistin gəldiyi açıqlanıb.
Sərnişin çoxluğuna görə, şəhər hava limanının ikinci terminalı açılıb.
Antalya hava limanının baş müdiri Deniz Varol Rusiyanın 10 şəhərindən təyyarə uçuşu qəbul etməyə başladıqlarını bildirib. Hava əlaqəsinin bərpasından sonra ilk gündə Rusiyadan 40 təyyarə, təxminən 10 min turist qəbul olunub. D.Varolun dediyinə görə, turist sayı getdikcə artacaq. Bu il, məhdudiyyətin götürülməsi ilə Antalyaya yalnız mövsüm sonunda gündə ortalama 15-20 min sərnişin ilə təxminən 3 milyon rus turistin gəlməsi gözlənilir.
5 ulduzlu otellərə üstünlük verən rusların sevimli məkanlarından biri olan Kemerdə daha çox sıxlıq var.
İlk turist karvanın keçən il pandemiya səbəbi ilə 10 avqustda gəlməsinə baxmayaraq, bu ilin iyun ayında mövsümün açılması turizm sektorunun gözləntilərini də artırıb. Pandemiya səbəbi ilə Rusiyadan hər il orta hesabla 5-7 milyon rus turistin gəldiyi Türkiyəyə təxminən 2 milyon turist gələ bilər.
İki aydan çoxdur Rusiya Türkiyə ilə hava əlaqəsini kəsmişdi. İyunun 22-dən Rusiyadan Türkiyəyə təyyarə reysləri bərpa olunduqdan sonra uçuşların sayı birdən-birə 45 faiz artıb.
Qeyd edək ki, 2021-ci ildə iyunun 21-nə qədər Antalya hava limanında 12 min 994 təyyarə yerə enib. Gələn qonaqların sayı 1 milyon 828 min 76 nəfər olub.
Turan Oruc
Medianews.az
https://b.radikal.ru/b36/2106/36/109cbf1141e5.jpg
https://a.radikal.ru/a32/2106/50/fdd965c9e1f9.jpg
https://a.radikal.ru/a09/2106/31/fc341ef6dbd6.jpg
https://b.radikal.ru/b34/2106/30/6054660ba524.jpg
https://c.radikal.ru/c30/2106/a2/c2940abdb22b.jpg
https://d.radikal.ru/d36/2106/73/280616e2e386.jpg
https://d.radikal.ru/d13/2106/e7/2b3f46521b9d.jpg