Xalq artisti Emin Ağlarov sevənlərinə yeni klip təqdim edib.
Medianews.az xəbər verir ki, sənətçi “Otpusti i leti” adlı mahnısını Azərbaycanın dilbər guşələrindən olan İsmayıllda lentə aldırıb.
Bu haqda ifaçı şəxsi “Instagram” hesabında məlumat verib. Xalq artiti klipin İsmayıllıda çəkilməsinin şəxsi fikri olduğunu bildirib:
“İndiyə qədər belə bir klip çəkdirməmişdim. Ekran işinin çəkilişlərinə 3 gün vaxt sərf olunub. Klip əvvəl İsmayıllıda, daha sonra Xızıda lentə alınıb.
Çəklişlər Azərbaycanda, heç vaxt olmadığım yerlərdə çəkildiyinə görə çox xoşbəxtəm”.
Qeyd edək ki, klipin rejissorluğunu Katya Yak edib.