Gədəbəy rayonunda 1999-cu il təvəllüdlü Əsəd evlənmək məqsədilə 16 yaşına çatmayan Aydan (ad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Medianews.az demokrat.az-a istinadən bildiriri ki, Əsəd 2018-ci ildə əvvəlcədən öz aralarında danışaraq razılaşdıqdan sonra evlənmək məqsədilə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan 2003-cü il təvəllüdlü Aydanı özü ilə Gədəbəy şəhəri, Qumlu yaşayış massivində yerləşən ata evinə aparıb. O, həmin günü onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Əsədin barəsində olan cinayət işi baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Marif Kazımovun sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, valideynləri ilə birlikdə Gədəbəy şəhəri, Qumlu yaşayış massivində yaşayır: “Zərərçəkmiş Aydanı tanıyıram. Onu sevdiyim üçün valideynlərimi iki dəfə onlara elçiliyə göndərdim. Aydanın valideynləri birinci dəfə yox desələr də, ikinci dəfə evlənməyimizə razılıq verdilər. Buna baxmayaraq, Aydan ilə tez evlənmək qərarına gəldik”.

Əsədin ifadəsinə görə, 2019-cu ildə Aydanın qardaşı ona zəng edib: “Bacısını evlərinin üst tərəfinə gətirdiyini və gəlib aparmağımı dedi. Mən də atla gələrək Aydanı Gədəbəy rayonu Qumlu massivində yaşayan əmimin evinə gətirdim. Lakin anam Aydanı onların tələbi ilə öz valideynlərinə geri qaytardı. Aydanın qardaşı təkrarən mənə zəng etdi, at gətirməyimi və Aydanı şirkətin yanından qaçırmağımı təklif etdi. Mən də iki dəst at gətirdim. Birinə Aydanın qardaşı, o birinə isə mən mindim. Aydan isə atın tərkinə mindirdim, birlikdə Gədəbəy şəhəri Qumlu massivində yaşayan bacımın qaynanasının evinə gəldik. Bir neçə saatdan sonra Aydanı oradan öz ata evimə gətirdim. Həmin gün gecə könüllü razılığı əsasında Aydan ilə cinsi əlaqədə oldum. Bundan sonra Aydan ilə mənə kiçik yığıncaq təşkil olundu. Valideynlərim Aydanın valdeynigilə getdi və barışıq oldu”.

Əsəd qeyd edib ki, Aydan ilə ər-arvad kimi bir il yarım yaşayıbar: “Birgə yaşayışdan bir uşağımız var. Aydanın anası bizim yaşamağımıza imkan verməyib, daim gələrək dava-dalaş salıb. Ona görə də Aydanı evlərinə aparıb. Ailəmi bərpa etmək istəsəm də, Aydan və valideynləri buna razılıq vermirlər”.

Əsəd həmçinin bildirib ki, Aydanın yaşının 16 yaşdan az olmasını və 8-ci sinifdə oxuduğunu bilib, lakin qanunun bu yaşda evlənməni qadağan etdiyini bilməyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aydanın sözlərinə görə, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır: “2019-cu ilin fevralında Əsədin atası və anası bizə elçi gəldi. Birinci gəlişlərində razılıq verilməsə də, ikinci gəlişlərində valideynlərim razılıq verərək mənim Əsədə ərə getməyimə razılıq verdilər. Mənim orta məktəbin 8-ci sinfində oxumağımı bildirdilər. Yetkinlik yaşına çatmadan ailə həyatı qurmağın qanunsuz olduğunu bilsəm də, küçədə Əsədion məni “Juqli” markalı sürücüsünü və dövlət qeydiyyat nömrəsini xatırlamadığım avtomobilə mindirərək evlənmək məqsədilə Gədəbəy şəhəri, Qumlu massivində yaşayan əmisinin evlərinə qaçırdı. Həmin vaxtı 16 yaşım tamam olmadığına görə anam gələrək məni evimizə apardı”.

Aydan qeyd edib ki, Əsəd təkrar onu “Juqli” markalı, sürücüsünü və dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilə mindirərək evlənmək məqsədi ilə bacısının qaynınanasının evinə qaçırıb və bir neçə saatdan sonra evlərinə aparıb: “Həmin gecə Əsədlə öz razılığım ilə cinsi əlaqədə oldum. Bir müddət sonra uşağa hamilə qaldım və doğuşun vaxtına az qalmış Əsəd məni ata evimə apardı. Ata evimdə dünyaya bir qız uşağı gətirdim. Əsədin atası və anası gələrək məni və uşağı evlərinə apardılar. Əsəd və qayınanam məni incitdiləri. Bu səbəbdən uşağı da götürərək ata evinə getməyimi tələb etdilər. 2020-ci ildə qızım Nərmin ilə birlikdə Söyüdlü kəndinə ata evinə getdim”.

Məhkəmənin hökmü ilə Əsədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza təyin olunub.