Filippin Prezidenti Rodriqo Duterte koronavirus infeksiyasına qarşı peyvənddən imtina edən insanların tutula biləcəyini deyib.

CNN-in verdiyi məlumata görə, o bunu həftəlik brifinq zamanı açıqlayıb.

“Məni düzgün başa düşün, bu ölkədə böhranlı vəziyyət, fövqəladə vəziyyət var. Vaksinasiya olunmaq istəmirsinizsə, sizi tutduracam və peyvənd vurdutduracam”, – deyə o bildirib.

Duterte’nin sözlərinə görə, COVID-19-a qarşı vaksinasiya olunmaq istəməyən vətəndaşlar hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirir.

“Peyvənd vurdurmasanız Flippini tərk edin”, – deyə Flippin prezidenti qeyd edib.

Dutertenin sözlərinə görə vaksinə qarşı çıxanlar ölkəni tərk edib Hindistana və ya Amerikaya gedə bilərlər.

O, peyvənd vurdurmayanları axmaq hesab etdiyini deyib.