Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin mandatı əsasında üç ölkənin xarici işlər nazirləri Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
Medianews.az-ın məlumatına görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku özünün “Twitter” hesabında yazıb.
O, avstriyalı və litvalı həmkarları – Aleksandr Şallenberq və Qabrielius Landsbergislə 24-26 iyun tarixlərində regionda səfərdə olacaqlarını bildirib.