Rusiya hərbçiləri yaxın günlərdə Geqarkunik əyalətinə, Azərbaycan əsgərlərinin yerləşdiyi əraziyə gələcək.

KAİM.az xəbər verir ki, belə bir iddia ilə erməni mediasına açıqlamasında Geqarkunik əyalətinin qubernatoru Qnel Sanosyan çıxış edib. O bildirib ki, hazırda üçtərəfli danışıqlarda iştirak etməsə də, administrasiya rəhbəri kimi proseslərdən məlumatlıdır.

O deyib ki, son günlər ərazidə vəziyyət stabildir, sərhəddə heç bir insident yoxdur.

“Hazırda üçtərəfli danışıqlar gedir. Rusiya hərbçilərinin təkcə Geqarkunikdə yox, büün sərhəd boyu – Geqarkunikdən Zəngəzura, Gorusa qədər yerləşməsi müzakirə olunur”, – Sanosyan vurğulayıb.

“Həm biz, həm də Azərbaycan tərəfi hərbi birlikləri geri çəkəcəyik. Bununla da sərhəddə stabillik tam yaranacaq”, – qubernator əlavə edib.