Türkiyənin Balıkesir şəhərindən gənc qadın sevgilisi tərəfindən tapanca ilə vurulub.
Medianews.az xəbər verir ki, hadisəyə səbəb 43 yaşlı Serdar Gülserin evli olması olub.
Belə ki, 27 yaşlı Zeliha Atlar sevgilisi Serdar Gülserin evli olduğunu öyrəndikdən sonra ondan ayrılmaq istəyib. Bunun ardından sevgilisi gənc qadını tapanca ilə boynundan vurub.
Sosial şəbəkədə tanış olduqlarını bildirən gənc qadın, Serdar Gülser ilə tanışlıqlarından 2 ay sonra onun evli olması haqqında məlumat əldə etdiyini deyib. Ayrılmaq istədiyini dedikdən sonra gənc qadını ölümlə təhdid edən Serdal Gülser silahla onun evinə basqın edib. Təhdidlərdən qorxduğu üçün münasibətlərini davam etdirmək məcburiyyətində qalan Zeliha Atlar, daha sonra polis bölməsinə gedərək silahlı təhdidlər üzündən Gülser haqqında şikayətçi olub. Polis Serdal Gülser haqqında uzaqlaşdırma qərarı çıxarmasına baxmayaraq təhdid etməyə davam edib.
Bu hadisələrdən sonra Serdal Gülser Zeliha Atlara zəng eərək danışmaq istədiyini söyləyib. Z.Atlar görüşməyə razı olub və Serdara məxsus avtomobilə minərək dağlıq əraziyə gediblər. Nəqliyyat vasitəsinin baqajından ov tüfəngini götürən S.Gülser qadına “Səni öldürmək üçün buraya gətirdim. Burada basdıracağam” deyib. Gənc qadın S.Gülsərin ayağına qapanaraq “ölmək istəmirəm” deyə ağladığını bildirib.
Şantajlarla mübarizə aparmağa davam edən gənc qadın, 10 oktyabrda rəfiqəsinin evinə gedib və telefonla Serdal Gülserdən ölüm təhdidləri və söyüş mesajları almağa başlayıb. Zeliha Atlara zəng edən Gülser, onunla görüşməsə, dostunun evinə gələrək hər kəsə zərər verəcəyini söyləyib. Bunun üzərinə Atlar Gülser ilə görüşməyə razı olub. Evə gələn Serdal Gülser, belindən çıxardığı silahı Z.Atlara tuşlayaraq özü ilə gəlməsini söyləyib.
Gənc qadın etiraz etdikdə silahı əlinə alan S.Gülser, “ayrılmaqmı istəyirsən?, ölümüm mənim əlimdə olacaq” deyərək onu boynundan vurub. Daha sonra S.Gülerhadisə yerindən qaçıb.
Zeliha Atlar aldığı müalicə ilə sağlamlığını bərpa edib. Serdal Gülser isə hadisədən bir neçə gün sonra həbs edilib.
Serdal Gülserlə məhkəmə prosesinin hələ də davam etdiyini söyləyən Zeliha Atlar “Bu müddətdə hələ də ölüm təhdidləri alıram. Mənim mobil telefon nömrəmi həbsxana divarlarına yazır. Həbsxanadan çıxan hər kəs mənə zəng vurur və deyir ki, məni öldürmək istəyir. Həbsxanada bu işin bağlanmadığını söyləyərək mənə verəcəyi işgəncələrdən danışır. Çox qorxuram və öldürülmək istəmirəm” – deyə ifadəsində qeyd edib.
Turan Oruc
Medianews.az