Əməkdar artist Lalə Məmmədova yeni açıqlaması ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, “Özəl” proqramına qonaq olan sənətçi “Yağış” mahnısını ilk dəfə oxuyan zaman başına gələn qorxunc hadisədən danışıb:

“Yağış” mahnısını mənə təqdim olunanda onun gözəlliyinə o qədər heyran oldum ki, heç sözlərinə diqqətlə fikir vermədim. Öz-özümə dedim ki, mütləq sabah studiyaya gedib bunu oxuyacam. Studiyada oxuyarkən sözlərinə diqqət yetirdim.

“Bir tənha qoca ağlayır, yağış kəsənə bənzəmir, torpaq əsir, məzar qərib yağdıqca içim dağılır. Bir mahnıda məzardan, tənha qocadan söhbət gedir.

Dedim ki, Novruz müəllim, bu mahnıda məzar sözləri var. “Yağış” mahnısını studiyada oxudum.

Sonra həmin mahnıda baş verənlərin eynisi yaşandı. 24 saat tamam olmadan evdə yaşlı şəxs, qayınatam rəhmətə getdi.

Qayınanam tənha qoca kimi ağlayırdı. Yanvar ayı idi, güclü yağış da yağırdı. Eynilə mahnıda deyildiyi kimi yağırdı.

Hətta o qədər çox yağırdı ki, məzarı belə qaza bilmədilər. Mən çökdüm. Birdən ayıldım ki, dünən mən bu günü oxuyurdum”.

Qeyd edək ki, “Yağış” mahnının musiqisi Novruz Aslana, sözləri Sonaxanım Vəliyevaya aiddir.