Filippində ölkəyə qaçaq yolla gətirilən lüks nəqliyyat vasitələri kameralar qarşısında məh edilib.
Medianews.az xəbər verir ki, məhv edilən 21 avtomobilin ümumi dəyərinin 1,2 milyard dollar olduğu açıqlanıb.
Avtomobil qaçaqmalçılarına qarşı mübarizə aparan Filippin hökumətinin bu üsula əl atması dünya mediasında geniş müzakirələr yol açıb .
İnsanların gözü qarşısında məhv edilən bu avtomobillərin 2018-2020-ci illər arasında ələ keçirildiyi bildirilib.
Filippin prezidenti Rodriqo Dutertee bu istiqamətdəki əmrləri ilə tez-tez gündəmə gəlir. Son illər ərzində Duterte, narkotik mafiyasına və korrupsiyaya qarşı mübarizə əzmini nümayiş etdirmək üçün buna bənzər əməliyyatlar zamanı ələ keçirilmiş təxminən 6 milyon dollar dəyərində avtomobili məhv etmişdi. Məhv edilən avtomobillər arasında bir neçə Porsche 911, Mercedes-Benz SLK, Nissan Z, Ford Mustang, BMW M5 və Lamborghini Gallardo var idi.
Turan Oruc
Medianews.az
https://a.radikal.ru/a13/2106/62/4e929cc1a182.jpg
https://c.radikal.ru/c13/2106/47/9213f508b195.jpg
https://a.radikal.ru/a40/2106/4f/07acb9faafc8.jpg
https://c.radikal.ru/c09/2106/4d/2bd61344c7b4.jpg
https://b.radikal.ru/b22/2106/68/95f194488085.jpg
https://d.radikal.ru/d21/2106/3b/8a83a7a94b8b.jpg
https://d.radikal.ru/d24/2106/34/dfebdbbed37c.jpg
https://d.radikal.ru/d27/2106/67/f662391767fd.jpg