Yay mövsümündə əhalinin üz tutduğu məkanlardan birincisi çimərliklərdir. Hazırda insanların əyləncəsini və istirahətini təmin etmək üçün Xəzər dənizi sahilində bir çox çimərliklər fəaliyyət göstərir.

Bəs isti yay günlərində əhalinin axın etdiyi çimərlikərin suyu sanitar epidemioloji standartlara cavab verirmi?

Ekspertlər, dəniz suyunda həddindən artıq bağırsaq çöplərinə rast gəlindiyini, buna görə də qadağan olunuş çimərliklərə getməməyi tövsiyyə edirlər.

Medianews.az Baku.ws-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov dəniz suyunun keyfiyyət göstəricilərini bağırsaq çöplərinin suda olan miqdarı ilə təyin edildiyini və bəzi ərazilərdə buna çox rast gəlindiyindən həmin çimərliklərin istifadəsinin qadağan olunduğunu bildirib:

“Yaranan vəziyyət insanlarda kəskin mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Bakterioloji müayinə üçün dəniz suyu götürülür. 1 litr suda icazə verilən bağırsaq çöplərinin miqdarı 5 mindir. Nümunələrdə isə bu göstərici normadan dəfələrlə yuxarıdır, ona görə bir neçə dəfə nümunə götürüb müayinə aparırıq”.

Ziyəddin Kazımov isti yay günlərində insanların axın etdiyi istifadəyə yararlı və yararsız çimərliklərinin adlarını da açıqlayıb:

“Mayın ortalarından etibarən biz, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşlari ilə birgə Abşeron yarımadasında yerləşən çimərliklərdə dəniz suyunun keyfiyyətlərinin göstəricilərini müəyyən etmək üçün labartor müayinələr götürdük.

Əldə edilən nəticələrə əsasən, Novxanı, Nardaran, Buzovna, Zaqulbağ, Goradil ərazilərində dəniz suyunun bakterioloji və toksikoloji göstəriciləri norma daxilindədir.

Abşeron yarımadasında isə 2010-cu ildən Qaradağ rayonu ərazisində Sahil çimərliyi, Səbail rayonu ərazisində Şıx çimərlikləri insanların istifadəsi üçün qadağan edilib.

2019-cu ildən Hövsan və Türkan çimərliklərinin qadağan edilən ərazilər kateqoriyasına aid edilib.

Çünki aparılan analizlər bakterioloji çirklənmənin olduğunu göstərib və o ərazilərdən istifadə qadağan edilib. Həmin qərarlar bu il də qüvvədədir”.

İstənilən halda, çirkli çimərliklərin sağlamlığımız üçün böyük təhlükə mənbəyi olduğunu nəzərə alsaq, çimərliklərin təmiz qalmasında bir vətəndaş olaraq özümüz təşəbbüskar olmalıyıq.