“Hindistan ştammı Azərbaycan üçün problemlərə yol aça bilər. Çünki bu ştamm haqqında heç də yaxşı şeylər danışılmır. Məsələn, Rusiyada COVİD-19-dan vəfat edən hər üç nəfərdən birinin Hindistan ştammına yoluxduğu üzə çıxıb”.

Medianews.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişində həkim Vasif İsmayıl deyib.

Onun sözlərinə görə, bizi qarşıda pis senari gözləyə bilər:

“Təsdiqlənməmiş məlumatlara görə, mövcud peyvəndlərin çoxu Hindistan ştammının qarşısını almır. Bu vəziyyət, təbii ki, çətinliklər yaradır. Çünki biz müəyyən bir yol qət etmişik.

Yüz minlərlə azərbaycanlı COVİD-19-a yoluxub və sağalıb. Gördüyünüz kimi milyonlarla insana peyvənd vurulub. Bu qədər hazırlıqla yanaşı Hindistan ştammının qalmasını heç kim istəməzdi”.