Universitetin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.
Odlar Yurdu Universitetində təyinat olub.
“Ölkə.az”ın əldə etdiyi məlumata görə, Universitetin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.
Sözügedən vəzifə Röya Vəliyevaya həvalə olunub.
Qeyd edək ki, Röya Vəliyeva Bakı Slavyan universitetinin tərcümə (poylak-ingilis) fakültəsində bakalvr, Türkiyənin Çankaya universitetində isə Biznesin təşkili və idarəetməsi üzrə magistr dərəcəsi alıb. Daha öncə layihə rəhbəri olaraq ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərmiş, Avropa və Azərbaycanda iş təcrübəsinə malikdir.