Bu təriqətin adı çox bilinməsə də, ümumi məqsədləri insanları klonlaşdırmaqdır. Klaude Vorilhon adlı şəxs tərəfindən qurulan “Raelian” adlı  təriqət, insan nəslinin yadplanetlilər tərəfindən yaradıldığını iddia edir.

Onlar bu fikrə necə gəliblər?

Təriqət lideri Vorilhon, bir çox başqa dinlərdə olduğu kimi vəhy yolu ilə məlumat aldığını söyləyən birisidir. Yadplanetlilərlə ilk dəfə 28 yaşında əlaqə quran və onlardan məlumat alan Vorilhon, onların dünyaya 25 min il əvvəl gəldiyini və insan irqinin DNT-sini özləri ilə gətirdiklərini qeyd edir.

Raelians symbol necklaces for sale.

Yadplanetlilərlə ilk görüşünün harada keçirildiyinə gəldikdə isə, Vorilhon onlarla Fransada görüşdüyünü deyir.

Vorilhon gəzinti turuna çıxdığı zaman sönmüş bir vulkan dağına getdiyini və orada parlayan UFO ilə qarşılaşdığını söyləyir. O, yadplanetliləri insan dərisinin rənginə yaxın, uzun saçlı, uzun saqqallı və badam gözlü olduğu ilə xarakterizə edir.

Yadplanetlilər tərəfindən seçilmiş elan edildiyini iddia edən Vorilhon, bəşəriyyətə yadplanetlilərin söylədiklərini izah etmək vəzifəsi daşıdığını açıqlayıb.

İddialara görə, yadplanetlilər bəşəriyyətin həqiqəti öyrənmək üçün Vorilhonu bir növ səfir kimi təyin ediblər.

Təbii ki, bunlar hamısı təriqətin lideri olan Klaude Vorilhonun dedikləridir.

Bu detallara əlavə olaraq K.Vorilhon 2035-ci ildə yadplanetlilər tərəfindən klonlanan insanların dünyada yaşayacaqlarını və hökmranlıq edəcəklərini söyləyir.

Onu da bildirək ki, Vorilhonun iddialarına görə, yadplanetlilər ona ‘Message from the Designers’ (‘Dizaynerlərdən Mesaj’) adlı müqəddəs kitablarını təqdim edib.

Hazırda 84 ölkədə 75 min tərəfarı olan “Raelian” təriqətinin müqəddəs kitablarına uyğun olaraq bir çox istəyi var.

Vorilhonun kitabına görə İsraildə kosmik gəmi şəklində bir səfirlik binası tikilməlidir, ancaq İsrail bu istəyi rədd etsə, yadplanetlilər növbəti dayanacağı kimi Türkiyəni göstərəcəklər.

Kitabda yazılmış və “Raelian” təriqəti üzvlərinin inandıqları başqa bir şey isə Nuhun Gəmisinin əslində bir kosmik gəmi olmasıdır. Bu inanca əlavə olaraq, “Raelian” məzhəbində evlilik və hər hansı bir tanrıya inam qəti qadağandır.

Əgər bir insan “Raelian” təriqətinin üzvü olmaq istəyirsə, üzvlük üçün bir sıra prosedurlardan keçməlidir. Təriqət üzvü olan hər bir şəxs bir DNT nümunəsi təqdim etməlidir. İddialara görə, bu DNT-lər lider Vorilhon tərəfindən yadplanetlilərə göndərilir. Beləliklə insan ölsə də, klonlanaraq dünyaya qayıdır.

Turan Oruc
Mediane
ws.az