Kəlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusu Fərzəliyev İlham Allahverdi oğlu ilə vida mərasimi keçirilir.
Medianews.az Baku.ws-ə istinadən xəbər verir ki, əslən Kəlbəcər rayonundan olan hərbçimizlə vida mərasimi Gəncə şəhərində ailəsinin yaşadığı ünvanda keçirilir.
Vida mərasimində hərbçimizin yaxınları ilə yanaşı, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir. Mərhum Göygöl rayonunun Murovdağ qəsəbəsində kəlbəcərlilərin dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisindəki Böyük Alagöl gölündə tapılıb. Mərhum ailəli idi, bir qız övladı var.